!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə və Yunanıstan liderləri Ankarada görüşüb - YENİLƏNDİ

!Reklam – Yazi

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfərə gəlib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, o, Ankarada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Görüş zamanı ikitərəfli münasibətlərin bütün aspektləri, eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

Görüşdən sonra iki liderin birgə mətbuat konfransı keçirəcəyi də gözlənilir.

***

Yunanıstanın Baş naziri Kriakos Miçotakis Türkiyədə səfərdədir.

Yenicag.az xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.

Qeyd olunub ki, onun təyyarəsi Ankarada “Esenboğa” hava limanına enib.

Baş naziri Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ankara valisinin köməkçisi Muratd Soylu və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan K.Miçotakisi Prezident iqamətgahında qəbul edəcək.

Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Liderlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.

COP29

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv