Türkiyədə azərbaycanlı qadın yoxa çıxdı-Video

media-hightechnic-468x90

90cff73a52c6Türkiyədə azərbaycanlı qadın yoxa çıxıb. Yenicag.az anspress-ə istinadən bildirir ki, Iğdırda yaşayan 47 yaşlı Hakan Akbay həyat yoldaşının itkin düşməsi ilə bağlı polisə müraciət edib. O, 23 illik həyat yoldaşı 40 yaşlı İlhamə Akbayın bir həftə öncə yoxa çıxdığını bildirib. “Həyat yoldaşım qaçdı, ya qaçırıldı bilmirəm. Onun tezliklə tapılmasını istəyirəm”.

2 uşaq anası olan azərbaycanlı qadın ötən həftə aşpaz kimi çalışdığı iş yerinə getmək üçün evdən çıxıb. Lakin axşam o evə qayıtmayıb.

Təşvişə düşən həyat yoldaşı dərhal polisə məlumat verib. “Axşam oldu evə gəlmədi, telefonu da bağlıdır. Hər yerdə axtarmışıq. Tək öyrənmək istədiyim şey həyatda olub, olmamasıdır. Onun bütün qohumları ilə də əlaqə saxlamışam. heç bir xəbər yoxdur. Pərişan olduq”.

Ailə başçısının sözlərinə görə, 23 illik birgə həyatları zamanı heç bir problemləri olmayıb və xoşbəxt yaşayışları olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600