Türkiyədə bir gündə 278 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 278 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 283 385 nəfər test edilib, onların 20 033-nün koronavirus testi pozitiv nəticə verib, 19 464 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 96 761 208 peyvənd tətbiq edilib ki, bunun 79,55 faizi birinci mərhələ vaksinasiya olunanlardır.