!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə bundan sonra nə baş verəcək? – AKP-nin “qələbə formulu”nun sirri

!Reklam – Yazi

erdogan_ve_davutoglu_nun_gorusmesi_bugun_olacak_h1525Fikrət Sadıxov: “AKP-nin bu qələbəsində heç bir sirr yoxdur”

Vüqar Ziferoğlu: “Türk seçicisi iqtisadi və siyasi istiqrarı məhz AKP-də gördüyündən onu təkbaşına iqtidara gətirdi”

Noyabrın-1də Türkiyədə TBMM-ə növbədənkənar parlament seçkiləri aş tutdu. Bu seçkilər avqust ayında baş tutan seçkidən demək olar ki, əsaslı surətdə fərqləndi. Belə ki, avqustda Ərdoğanın hakim AKP-si birinci yerə çıxsa da, təkbaşına hökumət qurmaq imkanı əldə edə bilməmişdi. Lakin bu seçkilərdə AKP səslərin 49 faizini və TBMM-dəki 550 yerin 317-ni qazanaraq təkbaşına hökumət qurmaq şansı qazandı. Görəsən nə baş verdi ki, hakim AKP 3 ay ərzində belə bir üstünlüyə malik olaraq yenidən təkbaşına hökumət qurmağa nail oldu?

Politoloq Fikrət Sadıxov Yenicag.az-a açıqlamasında bildidi ki, hakim partiya olan AKP-nin seçkilərdə belə bir üstünlük qazanmasında əslindı heç bir sirr yoxdur: “Ərdoğanın partiyası uzun illərdir ki, hakimiyyətdədir. Demək olar ki, bu illər ərzində cəmiyyətin əksər hissəsinin müsbət rəyini qazana bilib. Daxildə və xaricdən olan bir çox çətinliklərə baxmayaraq, hakim partiya bu vəziyyətdən Türkiyəni çıxara bildi. Əlbəttə ki, terror hadisələrinin qarşısını almaq çətin məsələdir. Amma eyni zamanda digər reallıq da var ki, AKP bu illər ərzində faktiki olaraq ölkədə bir sıra müsbət nəticələrə nail ola bildi. Əhalinin bir tərəfdən sosial-iqtisadi vəziyyətinin yaxşılaşması, xarici siyasətdə əldə olunan nailiyyətlər Türkiyə vətəndaşlarını tam qane etdi. Müxalif partiyaların isə konkret, real olan proqramları yox idi. Hətta hakim partiyanın proqramından radikal şəkildə fərqlənən proqramlar da mövcud deyildi. Digər tərəfdən görünür Yaxın Şərqdə baş verən hadisələr də bu seçkilərə öz təsirini göstərdi. Seçicilər gördü ki, iqtidar təhlükələrə qarşı çox dözümlü və prinsipial mövqe tutur, ölkənin həm ABŞ, həm də Rusiya ilə münasibətləri kifayət qədər normaldır. Eyni zamanda ölkə öz müstəqil kursuna da sadiqdir. Məhz sadaladığım bu səbəblər hakim partiyanın yenidən həlledici səs qazanmasına əsas amillər olub”.

Politoloq Vüqar Zifəroğlunun fikrincə, AKP-nin seçkiqabağı gedişləri onun təkbaşına iqtidar olmasına gətirib çıxardı: “Əslində avqust seçkilərindən sonra əksər politoloqlar kimi hesab edirdim ki, təkrar seçkilər AKP-ni təkbaşına iqtidara daşıya biləcək nəticələrlə sonuclanacaq. Həmin seçkilərdən sonra gedən proseslər də ona doğru gedirdi. Bir çox analitiklər hesab edirdi ki, HDP-nin 10 faizlik barajı keçməsi AKP-nin təkbaşına iqtidara gəlməsinə əsas əngəldir. Amma seçki ilə bu düstur pozuldu. Ortaya maraqlı bir tablo çıxdı. HDP 10 faizlik barajı keçsə də, proses göstərdi ki, AKP təkbaşına iqtidara gələ bilər. Amma ümumilikdə istər terror olayları, istərsə də AKP-nin seçkiqabağı gedişləri onun uğur əldə etməsinin işartıları idi. Terror olayları, HDP-nin PKK-nın siyasi qanadı funksiyasını yerinə yetirməsi AKP-nin qələbəsində daxili faktorlar kimi qiymətləndirilməlidir. Müxalifətin zəif olması da prosesə öz sözünü dedi. Türkiyə müxalifətində bir geriləmə müşahidə olunur. Bu müxalifətin yenilənməsinə ehtiyac var. CHP faktiki olaraq yerində sayır. MHP isə avqusta nisbətən iki dəfədən də az səs topladı. Bütün bunlar onu göstərir ki, müxalifət daxilində ciddi problemlər var. Xarici faktorlar olaraq isə Suriyada, İraqda baş verən proseslər, İŞİD-lə bağlı məsələ, kürd separatçı qruplarının Suriya və İraq ərazisindəki fəaliyyətləri də seçkinin nəticələrinə öz təsirini göstərmiş oldu. Yəni türk seçicisi iqtisadi və siyasi istiqrarı məhz AKP-də gördüyündən təkrarən ona səs verdi və beləliklə təkbaşına iqtidara gətirdi. Bu proseslərdə yalnız AKP özünü bu istiqrarın yeganə qarantı kimi göstərə bildi. Koalision ssenariləri baş tutmadı. Onun baş tutmamasının özü əslində hakim partiyanın şanslarını xeyli yüksəltdi. AKP-nin özü də koalision ssenarilərinin baş tutmaması üçün əlindən gələni etdi və 1 noyabrda keçirilən seçkilərdə də buna nail oldu”.

 

ELÇİN

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv