Türkiyədə daha 257 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 314 min 793 test aparılıb, 23 min 846 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 257 nəfər koronavirusdan vəfat edib, 31 min 322 nəfər müalicə olunaraq sağalıb.