!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə dəhşət: Dünəndən başlanan yanğın yaşayış yerlərinə çatdı - VİDEO

!Reklam – Yazi

Türkiyənin Hatay vilayətində dünən günorta saatlarından başlanan yanğın hələ söndürülməyib.

Yenicag.a, xəbər verir ki, yanğın Arsuz rayonunun Nərgizlik və Qarahüseynli məhəllələri arasında davam edir.

Yanğının söndürülməsi üçün həm quru, həm də hava yolu ilə müdaxilə olunur.

Belen rayonunun mərkəzində də alovların yenidən yüksəldiyi bildirilir.

Bu gün səhər saatlarında yaşayış yerlərinə keçən yanğının söndürülməsinə 1 təyyarə, 5 helikopter, 230 çiləyici, 18 doza və 864 nəfər işçi heyəti cəlb edilib.

Yanğının söndürülə bilməməsində əsas səbəbin hava şəraiti və ərazi şərtləri olduğu qeyd edilir.

Hatay Valiliyi meşə yanğını ilə bağlı təxribat ehtimalına görə nəzarətə alınanların olduğunu açıqlayıb.

www.yenicag.az

1608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv