Türkiyədə dəhşətli yanğın-Foto
Türkiyənin Kocaeli şəhərində bir kimya zavodunda yaranan yanğın hər kəsə dəhşətli anlar yaşatdı.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, eyni zamanda zavodun yaxınlığında yerləşən avtomobil sənayesinə aid anbarda da güclü yanğın baş verib.
Yanğınsöndürənlərin səyləri nəticəsində yanğının qarşısı qismən alınıb. Lakin yanan hər iki obyektə ciddi maddi ziyan dəyib.
Bildirilir ki, yanğına səbəb anidən baş verən partlayış olub.