Türkiyədə doğum səviyyəsi KRİTİK HƏDDƏ ENDİ – STATİSTİKA

media-hightechnic-468x90

 

Türkiyədə 2024-cü ildə doğum səviyyəsi rekord dərəcədə azalıb və hər bir qadına orta hesabla 1,48 uşaq düşür.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsi (TÜİK) məlumat yayıb.

Mütəxəssislərin fikrincə, ölüm səviyyəsinin aşağı olduğu inkişaf etmiş ölkələrdə əhalinin özünü təbii yolla yeniləməsi üçün bu göstərici hər qadına 2,1 uşaq səviyyəsində olmalıdır.

“2001-ci ildə doğum səviyyəsi 2,38 idi, 2024-cü ildə isə bu rəqəm 1,48-ə düşüb. Bu göstərici əhalinin təbii artımı üçün lazım olan səviyyədən artıq səkkiz ildir ki, aşağıdır”. – deyə TÜİK-in məlumatında qeyd olunub.

Doğum səviyyəsinin ən yüksək olduğu bölgələr ölkənin şərqində yerləşir. Şanlıurfa vilayətində bu göstərici 3,3-ə yaxın, Şırnak və Mardin vilayətlərində isə az fərqlə daha yüksəkdir. Ən aşağı göstəricilər isə Bartın və Eskişehir vilayətlərində qeydə alınıb – hər qadına cəmi 1,1 uşaq düşür.

Statistikaya əsasən, 2001-ci ildə türk qadınları ilk övladlarını orta hesabla 27 yaşında dünyaya gətirirdisə, 2024-cü ildə bu yaş artıq 29-dan yuxarı olub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan doğum səviyyəsinin azalması ilə bağlı dəfələrlə ciddi narahatlıq ifadə edib. Demoqrafik çətinliklər səbəbi ilə Türkiyə hakimiyyəti 2025-ci ili “Ailə ili” elan edib və doğum səviyyəsinin artırılmasına yönəlmiş bir sıra tədbirlər planı açıqlayıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600