!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə FACİƏ - 45 nəfərlik qayıq batdı - YENİLƏNDİ

!Reklam – Yazi

Türkiyənin Aralıq dənizi sahillərində, Kaş şəhəri yaxınlığında qəzaya uğramış qayıqdan miqrantlar xilas edilib.

Qeyd olunur ki, 37 qanunsuz miqrant xilas edilib. Daha 8 nəfərin isə axtarışları aparılıb.

Axtarış-xilasetmə işlərinə Türkiyə Hərbi-Dəniz Qüvvələrinin iki gəmisi cəlb olunub.

***

14:18

Türkiyədə 45 nəfərlik qayıq batıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, hadisə Kerpe Adasının 60 mil cənubunda, Kaşdan 161 mil cənub-qərbdə baş verib.

Bildirilib ki, bölgədəki əlverişsiz hava şərtinə baxmayaraq Hərbi Dəniz Qüvvələri Komandanlığına aid 2 freqat və dəniz patrul təyyarəsi ilə axtarış-xilasetmə işləri davam etdirilir.

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv