Qardaş ölkədə filmə çəkilmək üçün dəvət alan Əməkdar artist Mehriban Xanlarova Türkiyəyə yollanıb.
Bu barədə Yenicag.az-a açıqlama verən aktrisa artıq filmin məşqlərinə başladığını bildirib:
“Artıq Türkiyədəyəm, məşqlərə başlamışıq. Çox gərgin məşq prosesi gedir. Məşqlərdən sonra beşgünlük çəkilişlərimiz olacaq.
Festival üçün nəzərdə tutulan bir filmdir, qabaqcadan ətraflı danışmaq istəmirəm. Bu, müqavilə şərtlərinə ziddir. Amma maraqlı və ürəyimcə olan azərbaycanlı qadın Simuzər obrazını canlandıracağam.
Qaldı ki, dəvətə, rejissor tamaşalarımı izləyib, məni bəyənib və filminə çəkilməyə dəvət edib. O, yol, orada qalmaq və digər bütün xərclərin filmi ərsəyə gətirən şirkət tərəfindən ödənildiyini deyib:
“Bilet pulu, Türkiyədə yerləşmək və digər məsrəflərim şirkət tərəfindən qarşılanıb. Alacağım qonorar bizim pulla 2 min 500 manatdır”.
Cəvahir