Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlandı

media-hightechnic-468x90

Türkiyənin Qara dəniz sahili boyunca yerləşən Kastamonu və Samsun vilayətlərində iki pilotsuz uçuş aparatı aşkarlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, “IHA” agentliyinin məlumatına görə, onların mənsubiyyətini mütəxəssislər araşdırır.

Agentliyin verdiyi xəbərə əsasən, çəkisi 200 kiloqramdan artıq olan dron Kastamonu vilayətinin Kuşkayası kəndində yaşayış evinin yaxınlığındakı bağa düşüb. Yerə çırpıldıqdan sonra alovlanıb. Zərərçəkənlər barədə məlumat yoxdur.

Digər PUA Samsun vilayətinin Karataş bölgəsində yerli sakinlər tərəfindən aşkar olunub və bu barədə jandarmiyaya məlumat verilib. Tapıntının olduğu ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.

Bundan əvvəl, 14 iyunda Bartın və Kastamonu vilayətləri arasındakı çimərlikdə döyüş sursatı ilə təchiz olunmuş bir dron tapılmışdı. Beş gün sonra həmin ərazidə başqa bir dronun qalıqları aşkarlanmışdı. Bu PUA-ların mənsubiyyəti barədə rəsmi açıqlama verilməyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05