Türkiyədə İkinci Beynəlxalq Gənc Türkoloqlar Simpoziumu keçiriləcək
Türkiyənin Dənizli şəhərində İkinci Beynəlxalq Gənc Türkoloqlar Simpoziumu baş tutacaq.
Yenicag.az xəbər verir ki, Pamukkale Universitetində baş tutacaq simpozium Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının təşkilatçılığı ilə aprelin 21-22-də keçiriləcək.
Onlayn və ənənəvi formada keçiriləcək simpozium Birinci Türkoloji Qurultayın 100-cü ildönümünə həsr olunacaq.
Əski və yeni türk ədəbiyyatı, türk dili, folklor və etimologiya sahələri, ümumiyyətlə, türk dünyası ilə əlaqələndirilə biləcək hər mövzuda yazılmış elmi məqalələr dəyərləndirmə prosesinə daxil ediləcək.
Məqalə xülasələrinin göndərilməsi üçün son tarix 23 martdır. Aprelin 6-da isə qəbul edilən məqalələrin siyahısı açıqlanacaq. Məqalələrin tam versiyasının qəbul edilməsi üçün son tarix mayın 10-dur. Məqalə və xülasələr [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Qeyd edək ki, simpoziumun birincisi 2024-cü ilin noyabrın 6-7-8-i tarixlərində keçirilib. 













