Türkiyədə koronavirusla bağlı son göstəricilər – Daha 55 nəfər öldü

media-hightechnic-468x90

Türkiyədə son sutka ərzində koronavirusdan daha 55 nəfər dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, son 24 saatda 111 193 şübhəli koronavirus testindən keçib, onlardan 1 673-nün cavabı müsbət çıxıb. Ağır xəstə sayı 1 181 nəfər olub, 943 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 284 943 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 254 188 nəfər sağalıb, 6 837 nəfər ölüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600