Türkiyədə maşın dərəyə aşıb – Azərbaycanlı qız ölüb

media-hightechnic-468x90

gunayyDünən Türkiyədə baş verən yol qəzasında azərbaycanlı həlak olub.

Yenicag.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə qəzada dünyasını dəyişən 27 yaşlı Nərgiz Adıgözəlovanın yaxınları məlumat yayıb. Onlar bildiriblər ki, avtomobilin dərəyə aşması nəticəsində həmyerlimiz həlak olub. Qəzadan sağ qurtulan sürücü isə saxlanılıb.

Qeyd edək ki, Nərgiz Adıgözəlova təhsilini başa vurduqdan sonra Türkiyədə özəl şirkətlərdən birində satış direktoru olaraq işləyirdi. Ailəsi Nərgizin cənazəsini gətirmək üçün artıq Türkiyəyə yola düşüb.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa