Türkiyədə barəsində həbs qərarı verilmiş məşhir jiurnalist Nazlı Ilıcak tutulub.
Jurnalist Muğla vilayətinin Bodrum rayonunda bir avtomobildə yaxalanıb.
Qeyd edək ki, “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) media ayağına qarşı əməliyyat başlayıb. İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi İrfan Fidan aparılan istintaq çərçivəsində 42 media mənsubunun yaxalanması haqqında təlimat verib. Onların arasında N. Ilıcak da var.
1944-cü il təvəllüdlü Nazlı Ilıcak Demokrat Partiyanın hakimiyyəti dövründə nazir vəzifələrində çalışmış Muammer Çavuşoğlunun qızıdır. Onun ilk həyat yoldaşı bir zamanlar Türkiyənin populyar mətbuat orqanlarından biri – “Tərcüman” qəzetinin sahibi Kamal Ilıcak olub. Mühafizəkar kəsimin tanınmış simalarından olan Nazlı Ilıcak 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib.(APA)
www.yenicag.az