Türkiyədə ortel yandı: Ölən var
Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində baş verən yanğın nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey bildirib.
Yanğının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.
Qeyd edək ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib./Azertag/