!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyədə seçkilərin bu il mayın 14-nə irəli çəkilməsi ehtimalı hələ ki...” – AKP millət vəkili

!Reklam – Yazi

“Müxalifət də seçkilərin vaxtının irəli çəkilməsini istəyir, hətta hansı tarixdə keçirilməsini də özləri üçün müəyyənləşdirmişdilər”.

Bu fikirləri Türkiyədə iyunun 18-nə nəzərdə tutulan prezident və parlament seçkilərinin vaxtının dəyişdiriləcəyinə dair versiyaları dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, seçkilərin vaxtının dəyişdiriləcəyinə yönəlik konkret qərar olmayana qədər bu barədə dəqiq fikir bildirmək doğru olmaz:

“Cənab Ərdoğanın seçkilərin vaxtının irəli çəkilməsinin mümkünlüyü barədə açıqlamasından sonra bu mövzuda müxtəlif ehtimallar səsləndirilir. Hazırda ən çox müzakirə olunan tarix seçkilərin mayın 14-də keçiriləcəyi ilə bağlıdır.

Bəli, Türkiyə müxalifəti də seçkilərin vaxtının irəli çəkilməsini istəyir, hətta hansı tarixdə keçirilməsini də özləri üçün müəyyənləşdirmişdilər. Lakin bu təklifin TBMM-də qərara çevrilməsi üçün müxalifətin dörd yüz səs qazanması tələb olunur. Bu isə real deyil.

Doğrudur, hörmətli dövlət başçısının məlum fikirləri seçkilərin vaxtının irəli çəkiləcəyi qənaətini formalaşdırıb. Ancaq dediyim kimi, danışılanlar söz-söhbət səviyyəsindədir. Bununla belə, seçkilərin mayın 14-də keçirilməsi ehtimalı hələ ki daha ciddi görünür”.

A.Zeynalov

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv