Türkiyədə sel FƏLAKƏTİ - Ölənlərin sayı 81-ə çatdı

media-hightechnic-468x90

Türkiyədə baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 81-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumatda bildirilib ki, Kastamonuda 70, Sinopda 10, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 81 insan dünyasını dəyişib.

34 nəfər isə itkin düşmüş hesab edilir.

Qeyd edək ki, keçən həftə Türkiyənin üç vilayətində fasiləsiz yağışlar daşqın və selə səbəb olub. Çox sayda yaşayış yerləri və iş yerlərini su basıb, sel bəzi bölgələrdə sürüşməyə səbəb olub.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600