“Avrora” Qrupunun dövlətə yüzminlərlə manat borcu üzə çıxdı – Şirkət ətrafında suallar artır

media-hightechnic-468x90

Uzun illərdir “Avrora Qrupu”nun “lokomotiv”i olan “AVRORA” MMC ilə bağlı son dövrlər heç də arzuolunan xəbərlər yayılmır. Şirkətin bazardakı mövqeyi, geniş fəaliyyət şəbəkəsi və iri işçi kollektivi onu sahəsində əsas oyunçuya çevirsə də, ortaya çıxan məlumatlar bu mənzərənin arxa fonunda ciddi problemlərin mövcud ola biləcəyini göstərir.

Mediada və sosial platformalarda yer alan məlumatlarda “AVRORA” MMC ilə bağlı işçi narazılıqları diqqət çəkir. İddialara görə, bəzi əməkdaşlar əməkhaqlarının vaxtında ödənilməməsindən şikayətlənir. Şirkət daxilində bu məsələlərlə bağlı aydın və rəsmi izahatların verilməməsi isə sualları daha da artırır.

Araşdırma zamanı üzə çıxan digər mühüm məqam şirkətin dövlət qarşısında maliyyə öhdəlikləri ilə bağlıdır. Açıq mənbələrdəki məlumatlara əsasən, “AVRORA” MMC-nin dövlət büdcəsinə 659 063 (altı yüz əlli doqquz min altmış üç) manat məbləğində vergi borcu formalaşıb.

Bu fakt, işçilərin maaşları ilə bağlı səsləndirilən iddialarla yanaşı götürüldükdə, şirkətin maliyyə prioritetlərini necə müəyyənləşdirdiyi sualını gündəmə gətirir. Dövlətə öhdəliklərin icra olunmaması ilə paralel olaraq daxili ödənişlərin də gecikməsi sistemli problem ehtimalını gücləndirir.

Ekspertlər bildirir ki, iri şirkətlər üçün ən böyük risk maliyyə çətinliyi yox, bu çətinliklərin ört-basdır edilməsi cəhdidir. Çünki bu, həm dövlət, həm işçilər, həm də tərəfdaşlar üçün etimad probleminə çevrilir.

Formalaşan mənzərə onu göstərir ki, “AVRORA” MMC ətrafında yayılan məlumatlar sadəcə təsadüfi narazılıqlar deyil. Avrora Qrupunun əsas dayağı sayılan bir şirkətin dövlət və işçilər qarşısında öhdəlikləri ilə bağlı suallar doğurması daha ciddi ictimai diqqət tələb edir.

Məsələ ilə bağlı şirkətin mövqeyini dərc etməyə hazırıq.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa