Kipr üzərində QARANLIQ PLAN: Rumların Avropanın krediti, İsrailin silahı ilə meydan oxuma cəhdləri…

media-hightechnic-468x90

Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kipr Türk Respublikasına (ŞKTR) qarşı yönələn yeni hərbi-siyasi gedişlər diqqət çəkir.

Yenicag.az xəbər verir ki, Kiprin rum rəhbərliyinin Avropa Birliyinin SAFE adlı müdafiə maliyyələşdirmə mexanizmi çərçivəsində təxminən 1,2 milyard avroluq silah tədarük siyahısı hazırlaması bölgədə gərginliyi artıran əsas amillərdən biri kimi qiymətləndirilir.

Rum tərəfi bu mexanizm vasitəsilə hava hücumundan müdafiə sistemləri, pilotsuz vasitələr və müxtəlif sursatların alınmasını, həmçinin yerli müdafiə ekosistemi qurulmasını planlaşdırır.

Rum tərəfi İsrail ilə dərinləşən hərbi əməkdaşlığına xüsusi diqqət yetirilir. Xüsusilə İsrail istehsalı “Barak MX” hava hücumundan müdafiə sistemlərinin adaya yerləşdirilməsi Türkiyə tərəfindən “adadakı kövrək tarazlığı poza biləcək addım” kimi dəyərləndirilir. Bu kontekstdə 1990-cı illərdə yaşanan “S-300” böhranının yenidən xatırladıldığı qeyd olunur.

Digər tərəfdən, Yunanıstanın İsraildən uzunmənzilli PULS raket və artilleriya sistemləri alması Afina–Tel-Əviv hərbi xəttinin daha da gücləndiyini göstərir. Paralel olaraq rum tərəfində Pafos və Mari bölgələrində yerləşən hava və dəniz bazalarının modernləşdirilməsi davam edir.

Rum tərəfi AB-nin dəstəyi və İsrail ilə hərbi əməkdaşlıq hesabına bölgədə güc nümayişi göstərməyə çalışır. Analitiklər bu strategiyanın Şərqi Aralıq dənizində mövcud hərbi-siyasi balansı risk altına saldığını və gərginliyi daha da dərinləşdirdiyini bildirirlər.

Məsələ ilə bağlı siyasi şərhçi Sinan Burhan Yenicag.az-a bildirib ki, rum tərəfinin Avropa Birliyinin SAFE mexanizminə sığınaraq silahlanma yarışına girməsi açıq şəkildə bölgəni qarşıdurmaya sürükləyən məsuliyyətsiz siyasətdir. Onun sözlərinə görə, AB-nin maliyyə və siyasi dəstəyi ilə meydan oxuma cəhdləri nə Kiprə təhlükəsizlik gətirəcək, nə də Şərqi Aralıq dənizində sabitlik yaradacaq.

Sinan Burhan vurğulayıb ki, rum rəhbərliyi Türkiyə və ŞKTR-i test etməyə çalışırsa, çox ciddi yanlış hesab içindədir:

“Adada hərbi balans təsadüfən yaranmayıb. Türkiyənin oradakı mövcudluğu müzakirə mövzusu deyil, regional təhlükəsizliyin əsas sütunudur. İsrail istehsalı hava hücumundan müdafiə sistemləri və AB kreditləri ilə qurulan bu planlar kövrək tarazlığı dağıtmaqdan başqa nəticə verməz”.

Burhan əlavə edib ki, Rum tərəfi silahlanmanı siyasi alətə çevirərək masa arxasındakı acizliyini ört-basdır etməyə çalışır:

“Dialoqdan qaçıb silaha sarılanlar tarix boyu itirən tərəf olub. Türkiyə və ŞKTR-ə qarşı qurulan hər cür hərbi-siyasi ssenari cavabsız qalmayacaq”.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa