Böyük terror şəbəkəsi çökdürüldü: Siyasi qətllər, narkotik, silah ticarəti…

media-hightechnic-468x90

İraq hakimiyyəti İsveçdə fəaliyyət göstərən “Foxrot” adlı cinayət şəbəkəsinin əsas rəhbərlərini saxlayıb.

Yenicag.az AFP-yə istinadən xəbər verir ki, bu şəbəkə İranın göstərişi ilə Avropada, o cümlədən İsrailin maraqlarına qarşı hücumlar təşkil etməkdə ittiham olunur.

İraq Milli Kəşfiyyat Xidməti bildirib ki, dəqiq məlumatlar və uzunmüddətli izləmələr nəticəsində həm İraq daxilində, həm də xaricdə aparılan əməliyyatlarla bu şəxslər tutulub. Əməliyyat İraq Kürdüstan Bölgəsində, xüsusən Süleymaniyyə şəhərində yerli təhlükəsizlik qurumları ilə birgə həyata keçirilib.

Bildirilir ki, “Foxrot” şəbəkəsi İraq ərazisini cinayət fəaliyyəti üçün istifadə etmək istəyib. Buna görə də həbslər ölkənin bir neçə bölgəsində eyni vaxtda aparılıb.

Avropa Polis Təşkilatı da açıqlayıb ki, əsas şübhəlilərdən biri İraqda tutulub. Bu, İsveç polisi ilə İraq təhlükəsizlik orqanlarının uzunmüddətli əməkdaşlığı nəticəsində mümkün olub.

Tutulan şəxs 21 yaşlı İsveç vətəndaşıdır. O, Avropa Birliyində axtarışda olan şəxslər siyahısında idi və İsveçdə baş verən ciddi zorakılıq hadisələrinin təşkilində əsas rol oynamaqda şübhəli bilinir.

Rəsmilərin fikrincə, bu şəxs “Foxrot” şəbəkəsində mühüm mövqeyə malik olub, hətta azyaşlıları da cinayət işlərinə cəlb edib. Əməliyyat zamanı eyni şəbəkə ilə əlaqəli, İsveçdə ağır cinayətlərdə axtarılan başqa bir şəxs də saxlanılıb.

Qeyd edək ki, ABŞ bu ilin mart ayında “Foxrot” şəbəkəsinə sanksiya tətbiq edib. Səbəb isə İranın bu şəbəkədən istifadə edərək Avropada, o cümlədən Stokholmdakı İsrail səfirliyinə qarşı hücumlar təşkil etməsi iddialarıdır. Şəbəkənin rəhbəri Rava Macid də bu sanksiyalara daxil edilib.

“Foxrot” şəbəkəsi silah və narkotik alverində, həmçinin pul qarşılığında qətllər törətməkdə ittiham olunur və Şimali Avropada zorakılığın artmasına səbəb olmaqda günahlandırılır.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa