Türkiyədə sel nəticəsində ölənlərin sayı 17-yə çatdı

media-hightechnic-468x90

Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində baş verən sel nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Yenicag.az xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar Şanlıurfada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 3 nəfər itkin düşüb.

Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin selin fəsadlarının aradan qaldırılması istiqamətində mübarizəsi davam edir: “Pessimizmə ehtiyac yoxdur, yaralar sağalacaq”.

Qeyd edək ki, martın 14-də Adıyaman və Şanlıurfa şəhərlərində sel olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa