Türkiyədə sığınacaq tapan qaçqınların sayı 2 milyonu ötdü
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Antonio Guterres qeyd edib ki, Türkiyə dövləti İraq və Suriyadan olan 2 milyondan çox qaçqına sığınacaq verib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, nümayəndənin sözlərinə görə buna baxmayaraq Türkiyə hökuməti beynəlxalq dairələrdən, xüsusilə xarici hökumətlərdən olduqca az dəstək alır.
Təşkilatın apardığı araşdırmalara görə son 10 ildə dünyadakı qaçqın sayı kəskin sürətdə artaraq 50 milyonu ötmüşdür. Guterres bildirir ki, belə kəskin şəkildə artıma səbəb 2011-ci ildən bu yana Suriyada başlanan daxili müharibələrdir. Yalnız Suriyadan 7.6 milyon insan qaçqın düşüb. Bildirilir ki, dünyada hər 122 nəfərdən biri evlərindən didərgin düşüb.
Belə ki, qaçqın sayı artıq dünya üzrə 15 ölkəni əhatə edir.
“Yaxın Şərqdə İraq, Suriya, Yəmən, Afrikada Fildişi Sahili, Konqo, Libya, Mali, Mərkəzi Afrika Cümhuriyyəti, Nigeriya, Sudan və Burundidir. Avropa isə yalnız Ukraynanı misal göstərmək olar. Asiyadan isə Qırğızıstan, Myanma və Pakistandır”-deyə Guterres sözlərinə əlavə edib.
Daha sonra nümayəndə Türkiyənin ən çox qaçqına sığınacaq verən ölkə olduğuna diqqət çəkib. Həmçinin digər dövlətlərində bunu örnək götürməli olduğunu xüsusilə vurğuladı.