Türkiyədə terror aktının qarşısı alındı

media-hightechnic-468x90

Türkiyənin cənub-şərqində Mardin vilayətində terror aktının qarşısı alınıb.

Yenicag.az-ın məlumatına görə, keçirilmiş xüsusi əməliyyat çərçivəsində magistral yol kənarında basdırılmış 40 kiloqramdan çox partlayıcı maddə aşkar edilib.

Məlumata görə, əməliyyat zamanı, həmçinin PKK terror təşkilatının 5 üzvü saxlanılıb. Həmin ərazidə terror aktının da onlar tərəfindən planlaşdırıldığı bildirilir. Saxlanılanların şəxsiyyəti açıqlanmır.

Əməliyyatla bağlı başqa detallar barədə məlumat verilməyib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa