Türkiyədən acı xəbər

Bu gün Türkiyə ordusu Suriyada növbəti şəhid verib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Türkiyə ordusunun Suriyada həyata keçidiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab şəhərinin İŞİD terrorçularından təmizlənməsi uğrunda döyüşlərdə daha bir əsgər şəhid olub, 4 əsgər yaralanıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Yeniçağ.az