!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Fransa senatının Qarabağ qərarına SƏRT REAKSİYA: "Gülünc və reallıqdan uzaq" - VİDEO

!Reklam – Yazi

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa senatının Dağlıq Qarabağdakı separatçı qondarma qurumun tanınması ilə bağlı qətnaməni qəbul etməsinə sərt reaksiya verib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

“Qətnamədə Türkiyəyə dair qeyd olunan əsassız iddiaları isə tamamilə rədd edirik. Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günə kimi məsələyə niyə həll yolu tapmadığının, necə tərəf tutduğunun açıq nümunəsidir. Ermənistanın daha əvvəl Tovuzda, sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə və təxribatlarına Azərbaycan lazımi cavabı verib və təxminən 30 ildir işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın döyüş meydanında əldə etdiyini nəticə BMT qətnamələrinə söykənir. BMT-nin müvafiq qətnamələri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edir. Vəziyyət belə olduğu halda Fransa Senatının Azərbaycana işğaldan azad etdiyi öz torpaqlarından çəkilməsi çağırışını etməsi ciddiyə alınmayacaq dərəcədə gülünc, tərəfkeş və həqiqətlərdən uzaq bir anlayışın təzahürüdür. Bu qərar Fransanın münaqişənin həllinə həqiqi mənada töhfə vermək imkanını da məhdudlaşdırır”, – deyə bəyanatda qeyd edilib.

www.yenicag.az

1220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv