!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyədən "Qarabağ" - "Atletiko" matçındakı epizoda şərh: "Yüz faiz penaltidir!" - EKSKLÜZİV  

!Reklam – Yazi

Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən “Qarabağ” – “Atletiko” (0:0) matçının 74-cü dəqiqəsində matçın baş hakimi Ruddi Bukenin qonaqların qapısına penalti təyin etməməsi müzakirələrə səbəbə olub.

Yenicag.az xəbər verir ki, Dino Ndlovu rəqibin cərimə meydançasının daxilində Dieqo Qodin tərəfindən kobudluğa  məruz qalsa da, fransız referi ağdamlıların forvardının simulyasiya etdiyini düşünüb.

Nəticədə o, Ndlovuya ikinci sarı vərəqəni göstərərək afrikalı hücumçunu meydandan qovub.

Bəs, görəsən, hakimin qərarı nə dərəcədə doğru idi? Suala aydınlıq gətirmək üçün Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu ilə əlaqə saxladıq. Yenicag.az az saytına açıqlama verən “TRT Spor”da yayımlanan “Taktiki Analiz” verilişinin şərhçisi, sabiq FİFA referisi, “Hürriyet” qəzetinin yazarı sualımıza belə cavab verdi:

“Yüz faiz penaltidir! Dino Ndlovu rəqibini aldatdıqdan sonra özünü niyə yerə atsın ki? Dieqo Qodin topa toxunmamış rəqibinin ayaqlarını yerdən kəsir və onu yıxır. Bu, açıq-aşkar penaltidir və əsla simulyasiya deyil. Nəzərə alaq ki, ikili mübarizə zamanı rəqib oyunçuya təmas var. UEFA isə bu cür epizodlarda “sarı vərəqə göstərməyin” deyir. Bir daha deyirəm, bu epizodda penalti təyin edilməli idi”.

EMİN SƏFƏROV

www.yenicag.az

17616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv