!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Rusiyanın “Taxıl sazişi”ndə iştirakını dayandırması ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Türkiyə Rusiya tərəfinin Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırması ilə bağlı açıqlama yayıb.

Yenicag.az-ın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya tərəfinin nümayəndələrinin hələ də İstanbulda qurulan Koordinasiya Mərkəzində olduqları vurğulanan açıqlamada taxıl yüklü gəmilərin vəziyyətinin bu gün və ya sabah dəyərləndiriləcəyi qeyd olunub.

Açıqlamada, mərkəzin fəaliyyəti ilə bu günə qədər 9,3 milyon ton taxılın ehtiyacı olan ölkələrə göndərildiyi bildirilib.

O da qeyd olunub ki, ölkənin milli müdafiə naziri Hulusi Akar mərkəzin fəaliyyətinin davam etdirilməsi üçün danışıqlar aparır.

COP29

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv