Türkiyəli aktyor Tekin Temel vəfat edib.
Yenicag.az xəbər verir ki, aktyor 56 yaşında dünyasını dəyişib. Səhər çəkiliş meydançasına getməyə hazırlaşan Tekin infarkt keçirib.
Qeyd edək ki, Tekin “Ezel”, “Güz gülleri”, “Acı hayat”, “Böyle bitmesin”, “Veda”, “Çiçek taksi”, “Ayrılsak da beraberiz”, “Dikkat bebek var”, “Bizim aile”, “Sırlar dünyası”, “Çocuklar duymasın”, “Eşkiya dünyaya hükümdar olmaz”, “Kuruluş Osman” kimi layihələrdə rol alıb. O, “Bir yemin ettim” serialında rol almağa hazırlaşırdı.
www.yenicag.az