!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyəli iş adamlarını Azərbaycana dəvət edirəm" - Abdurrahman Uzun

!Reklam – Yazi

Bu gün Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin baş ofisində azərbaycanlı jurnalistlərlə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə əvvəlcə FETÖ terror təşkilatı tərəfindən Türkiyədə 15 iyul – dövlət çevrilişi cəhdinə qarşı qardaş ölkə xalqının əzmkar mübarizəsini əks etdirən qısa film nümayiş olunub.

Daha sonra isə MÜSİAD-ın Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun qurumun fəaliyyəti ilə bağlı məlumat verib. O, MÜSİAD-ın 1990-cı ildə 12 iş adamı tərəfindən təsis olunduğunu, hazırda isə 11 mindən çox üzvü öz ətrafında birləşdirdiyini qeyd edib. Bundan başqa Abdurrahman Uzun qurumun 68 ölkədə 181 şöbəsi olduğunu vurğulayıb. Bildirib ki, MÜSİAD 50 mindən çox müəssisəni və 1,6 milyon işçini əhatə edir.

Abdurrahman bəy çıxışı zamanı türkiyəli iş adamlarını Azərbaycana dəvət edib:

“Türkiyədən və ya dünyanın başqa ölkəsindən Azərbaycana sərmayə qoymaq istəyən hər hansı bir şirkətə dəstək olacağıq. Bu məsələdə öz təcrübəmizi paylaşacağıq. Türkiyədə fərqli sahələrdə uğur qazanan iş adamlarını Azərbaycana dəvət edəcəyik. Onların təcrübəsi azərbaycanlı iş adamlarına fayda verəcək. Buradakı iş adamları ilə birlikdə bazarı araşdırıb, yeniliklər qazanmaq üçün bir sıra səyahətlər planlaşdırırıq”.

MÜSİAD-ın Azərbaycan şöbəsi bu il iyunun 1-dən fəaliyyətə başladığını birldirən qurum rəhbəri üzvlərinin sayının durmadan artdığını bildirib: “MÜSİAD-ın Azərbaycan şöbəsinin hədəfi milli və beynəlxalq səviyyədə üzvlərin sayını artırmaq, onlar arasında həmrəyliyi gücləndirmək, ölkələrimizin inkişafına töhfə verməkdir. Hazırda 35 üzvü olan şöbə fəaliyyətinin birinci ili ərzində üzvlərinin sayını 100-ə, üç ildə isə 500-ə çatdırmağı planlaşdırır. Dərnəyin Azərbaycan şöbəsi sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, Azərbaycan iş adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətinin təşviq edilməsi istiqamətində bir sıra layihə və proqramlar reallaşdırmağı planlaşdırır”.

Abdurrahman Uzunun çıxışından sonra o, jurnalistlərin suallarını cavablandırıb.

Emin Səfərov

 

www.yenicag.az

2046
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv