!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyəli müğənni ölümdən döndü - Yanan oteldə imiş

!Reklam – Yazi

Ötən gün Gürcüstanın Batumi şəhərində türkiyəli iş adamı Erol Avgörənə aid oteldə yanğın olub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, yanğın zamanı oteldə konsert verən müğənni Çingiz Kurtoğlu həyat yoldaşı və dostları ilə birlikdə son anda xilas olub.

İfaçı yanğın zamanı otelin dördüncü mərtəbəsindəki restoranda otel sahibi Erol Avgörən, həyat yoldaşı Fatma Kurtoğlu və dostları ilə bərabər yemək yediyini deyib:

“Yemək yeyirdik və birdən çox böyük partlayış oldu. Həmin an hər yeri duman bürüdü. Biz cəld şəkildə restoranın eyvanına çıxdıq və 3 saat gözlədik ki, bizi xilas etsinlər. Yanğınsöndürənlər hadisə yerinə çox gec gəldi. Buna görə də bizi özəl mühafizə şirkətinin əməkdaşları xilas etdi. İki gündür şəhərdə təbii qaz yoxuymuş. Əgər olsaydı, daha pis sonluqla nəticələnərdi. O anlar danışılacaq kimi deyil, yaxşı qurtardıq. Restoranın eyvanı olmasaydı, indi çoxdan dünyamızı dəyişmişdik. Allaha şükür indi yaxşıyıq”.

Qeyd edək ki, yanğın zamanı 12 nəfər fəlak olub.

 

www.yenicag.az

2141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv