!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəni ABŞ-a şikayət edən gülənist təşkilat Azərbaycanın pulunu ermənipərəstlərə dağıdır

!Reklam – Yazi

abd-kongresinden-kerryye-gulen-mektubuABŞ  Konqresinin  89 üzvü , ölkənin  Xarici İşlər Naziri  Con Kerryə  məktub yazaraq Fətullah Gülənə yaxın jurnalistlərin həbs olunduğunu  və bununla bağlı  Türkiyə prezidenti  Ərdoğan ilə danışmalarını  istəyiblər.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki,  Fətullah Gülənin çərşənbə günü  “Nyu-York Tayms”da dərc olunan və Ərdoğan hakimiyyətini tənqid edən məqaləsindən bir gün əvvəl Amerika Konqresinin 89 üzvü Kerriyə  məktub yazaraq, Fətullah Gülənin xahişini ediblər.

Yenicag.az xəbər verir ki, ABŞ Konqresinin 89 üzvünün Türkiyə əleyhinə etdiyi müraciətin sponsor “Turkish American Alliance” (Türk Amerikan Alyansı) adlı quruluş olduğu ortaya çıxıb. ABŞ-dakı “Gülənist təşkilatlar” siyahısında birinci olan bu lobbi quruluşu bir müddət öncə “erməni soyqırımı”nı dəstəkləyən senatorlara verdiyi dəstəyə görə, tənqid olunmuşdu.

ABŞ Federal Seçki Komissiyasının rəsmi məlumatlarına görə, 2006-2012 illəri arasında həm Respublikaçı Partiyanın həm də Demokrat Partiyasının namizədlərinə 1,5 milyon dollardan çox hədiyyə edən Alyansın dəstək verdiyi şəxslər arasında “Türkiyəni terrorçular idarə edir” deyən Texas valisi Rick Perry də vardı.

2000-2014 –cü illər arasında Konqres üzvlərini pulsuz Türkiyəyə gətirən Gülənçilər, bu səfərlər zamanı millət vəkillərini öz qəzet, jurnal, məktəb və digər qurumlarında gəzdirərək, öz təbliğatlarını aparıblar. “LegiStorm” adlı konqres xərclərini göstərən saytda yayımlanan sənədlərə görə, Camaatın bu müddət ərzində sadəcə xarici səfərlərə 3 milyondan çox xərci çıxıb.

ABŞ-ın xarici işlər nazirinə Türkiyəyə təzyiq etməsi üçün məktub yazanlar arasında Texas millət vəkili Sheila Jackson Lee də var. Bu xanımın 2013-cü ilin oktyabr ayında Gülənə bağlı “Harmony” məktəblərinin rəhbərləri tərəfindən 23 min dollardan çox hədiyyə aldığı da sənədlərdə yer alır.

Faruk Tabanın rəhbərlik etdiyi Türk Amerikan Alyansı əsasən Gülənin təbliğatı ilə məşğuldur. Bundan başqa qurum özünə bağlı dərnəklər vasitəsi ilə Azərbaycan kimi ABŞ-da lobbi fəaliyyəti qurmaq istəyən ölkələrin pullarını yeməklə də məşhurdur. Belə ki, bir sıra varlı azərbaycanlının ABŞ-da keçirdiyi təntənəli mərasimlərin bəzəyi olan senator və millət vəkilləri Türk Amerikan Alyansı və ona bağlı “Turquoise Council for Americans and Eurasians” adlı təşkilat tərəfindən pul ilə gətiriliblər. Fətullahçı Kamal Öksüz bu təşkilatla yanaşı Hyustonda mənzillənmiş Azərbaycanın Dostları Assambleyasının (Assembly for the Friends of Azerbaijan) başçısıdır. Assambleyanın vise-prezidenti Texas qubernatoru Rick Perry-nin bacısı Milla Perry Jones-dur. Təşkilatın xəzinədarı Rauf Məmmədovdur(Qaynaq: http://www.azadliq.org/content/article/25408935.html). O da qeyd olunur ki, Türkiyə əleyhinə bəyanatı konqresmenlərə imzaladan Turkish American Alliance-nin üzvü olan Öksüz Texasda yerləşən TDM Contracting şirkətinin sahibidir. Bu şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

Öksüz də mətbuata verdiyi açıqlamada təşkilatın fəaliyyətinin Qazaxıstan, Azərbaycan və Türkiyəyə səfərlər təşkil etməkdən ibarətdir. Vayominq ştatının nümayəndəsi Dave Zwonitzer da deyir ki, onunla və daha dörd Vayominq millət vəkili ilə Mosaic Foundation adlı fəthullahçı qrup əlaqə yaradıb və Bakıya pulsuz səfər təklif edib.

Maraqlıdır ki, azərbaycanlı oliqarxlardan yaxşı pul alan fətullahçılar bir-iki avtobus konqresmenin Azərbaycana səfərini təşkil edib, Vaşinqton və Nyu Yorkda tədbirlər keçirsələr də, həmin şəxslər Azərbaycan və Qarabağ mövzusunda ciddi maarifləndirilimir. Sadəcə, toy müğənnisi kimi önünə qoyulan mətni oxuyur, daha sonra isə Konqressdə həlledici məqamlarda bir çoxu Azərbaycanın və Türkiyənin maraqlarına zidd addımlar atırlar.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bu il Gülənin erməni diasporu ilə bərabər hərəkət edəcəyini bildirmişdi.

Xatırladaq ki, Türk Amerikan Alyansının Azərbaycanda əməkdaşlıq etdiyi təşkilatlar arasında “Çağ Öğretim”, TUSİAB və “İpək Yolu”nun adı xüsusilə hallanır.  Təşkilatın ABŞ-da təşkil etdiyi son tədbirdə Azərbaycandan Gülənin Azərbaycandakı təhsil imamı Ənvər Özərən və “İpəkyolu” təşkilatının sədri Rəşid Çulakov iştirak etmişdi.

Yenicag.az

COP29

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv