Türkiyə daha 3 xəyalını gerçəkləşdirəcək. Tarixinin mürəkkəb dövrlərindən birini yaşayan qardaş ölkə səngiməyən təhdidlərə cavab olaraq, öz inkişaf yolu ilə irəli getməkdədir.
Yeniçağ.Az Türkiyə mediasının ölkədə həyata keçirilən və planlaşdırılan nəhəng iqtisadi layihələrlə bağlı analizini təqdim edir. Türkiyə bütün çətinliklərə və süni maneələrə baxmayaraq, “Əsrin layihələri”ni bir-bir həyata keçirir və prezident Ərdoğanın liderliyi ilə 2023-cü ilə qədər müəyyən edilmiş hədəflərə doğru əmin addımlarla irəliləyir. Bu qədər maneə, əngəl cəhdi bu nəhəng ölkəni heç bir vəchlə sarsıda bilmədi. “Marmaray”, “Osman Gazi” və “Yavuz Sultan Selim” körpüsündən sonra hamıya xəyal kimi görünən daha bir layihə gerçəkləşdirildi.
Növbədə başqa nəhəng layihələr də var. “Əsrin layihələri” sırasında olan Avrasiya Tuneli açıldı. Asiya ilə Avropa 5-ci dəfə dənizin altından birləşdi. Əlbəttə, bu kimi böyük layihələrin baş tutmaması üçün bədxah qüvvələr əllərindən gələni edirdilər və bu da təkcə Avrasiya Tuneli ilə məhdudlaşmırdı… 153 illık xəyalı gerçəkləşdirən “Marmaray” layihəsinin həyata keçirilməsinə də xarici güclər və onların yerli tərəfdaşları tərəfindən maneələr yaradıldı. “Tarix və təbiət məhv edilir”, deyə hay-həşir salındı, amma Türkiyə oynanılan bu çirkin oyunu gördü və pravokatorları “ayaqyalın” qoyaraq, “Əsrin layihəsi”ni gerçəkləşdirərək istifadəyə verdi. İstanbulun iki tərəfi dənizin altından dəmiryolu vasitəsi ilə birləşdi; həm də “gəzicilər”in hakimiyyəti devirmək məqsədi ilə çevrilişə təşəbbüs etmələrinə baxmayaraq… İstanbulun iki tərəfini üçüncü dəfə birləşdirən “Yavuz Sultan Selim” körpüsü də Türkiyə tarixinin ən böyük xəyanət cəhdinə rəğmən, tikilib istifadəyə verildi. Hərbi forma geyinmiş FETÖ-çular ölkənin həyat damarlarını kəsməyə cəhd göstərdilər. Amma bu ölkə, lideri Ərdoğanın bacarığı və millətinin qəhrəmanlığı sayəsində o mənfur əməliyyatın qarşısını aldı. Çevriliş cəhdindən heç bir ay keçmədən – avqustun 6-da “Yavuz Sultan Selim” körpüsü istifadəyə verildi. Türkiyə sadəcə, nəqliyyat sahəsində deyil, müdafiə sənayesinin inkişafında da böyük sıçrayış edərək, xarici asılılıqdan sözün əsl mənasında xilas oldu.
Pilotsuz uçan aparatlar, hücum helikopterləri və tank istehsal edərək, müdafiə sənayesi məhsullarını ixrac edən ölkəyə çevrildi. Bu nəhəng investisiya və layihələrdən Quzey Kıbrıs Türk Cumhuriyyəti də faydalandı. Aralıq dənizinin altından boru xətti ilə KKTC-yə su nəql edən layihə həyata keçirildi.
“Əsrin layihəsi” kateqoriyasına aid edilən o layihə 1,6 milyard dollara başa gəldi. Türkiyə ilə KKTC arasında 80 kilometrlik düzmə boru sistemi quruldu. Borular dənizin 250 metr dərinliyində xüsusi avadanlıqlarla birləşdirildi və ilk su ötən ay Kıbrısa yetişdi. Növbədə Türkiyəni 2023-cü il hədəflərinə çatdıracaq digər nəhəng layihələr var. O layihələrin əvvəlində isə aviasiya sektorunda ölkəni zirvəyə qaldıracaq 3-cü hava limanı gəlir. Hal-hazırda İstanbulda həmin hava limanının inşası davam edir və 2018-ci il fevral ayının 26-da istifadəyə verilməsi planlaşdırılır. Nəhayət, son layihə – İstanbul kanalı “Ağlasığmaz layihə” kimi dəyərləndirilir.
Qara dənizlə Mərmərə dənizini İstanbulda “birləşdirəcək” kanalın ilk qazma işi Çanaqqala dastanının növbəti ildönümündə – 2017-ci il mart ayının 18-də başlayacaq. Tarixin ən böyük dastanlarından birinin yazıldığı Çanaqqalada da “Osman Qazi” kimi bir körpü inşa ediləcək.
Yeniçağ.Az
www.yenicag.az