“Bunu sevmir” - Həyat yoldaşı Elnarəyə QADAĞA QOYUB?
“Son söz həyat yoldaşımındır. Qadın da yerini bilməlidir”.
Yenicag.az xəbər verir ki, müğənni Müğənni Elnarə Xəlilova “Qonaqcanlı” verilişində deyib.
Sənətçi şəxsi həyatı ilə bağlı gizlinləri açıqlayıb:
“Deyim ki, icazə vermir, yox, belə bir qadağa yoxdur, amma həyat yoldaşım süniliyi sevmir. Çalışıram onun sevmədiklərini etməyim. Əgər o sevmirsə, onu niyə edim? Söhbət kosmetologiyadan getmir, münasibətlərdən, kiminlə dostluq edib-etməməyimdən və s. gedir. Hər ailə kiçik dövlətdir və hər ailənin başçısı və qanunları var. Son söz onundur və qadın da yerini bilməlidir. Yoxsa iyirmi illik birlik olmazdı”.
Nehru












