Saakaşviliyə qarşı yeni cinayət iş açıldı

media-hightechnic-468x90

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili konstitusiya quruluşunu pozmaqda ittiham olunur.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

“Dövlətə qarşı cinayətlərə görə – sabotaj, xarici qüvvələrə düşmənçilik fəaliyyətində kömək, konstitusiya quruluşunun əsaslarına və milli təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlar – Mixail Saakaşvili, Georgi Vaşadze, Nika Qvaramiya, Nika Meliya, Zurab Çaparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Çaparidzeyə qarşı cinayət işi başlanıb”, – məlumatda qeyd olunub.

İttihamlar 2022-ci ilin fevral ayında Ukraynada münaqişənin başlamasından sonra Gürcüstanda baş verən hadisələrlə bağlıdır./axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa