Rusiya və ABŞ-nin NÜVƏ SINAĞI ANONSU: Çin və Hindistanın buna cavabı nə olacaq?

media-hightechnic-468x90

“Şübhəsizdir ki, Hindistan, Pakistan, Çin kimi ölkələr Rusiya və ABŞ-nin nüvə sınaqlarına laqeyd yanaşmayacaqlar”.

Bu sözləri siyasi şərhçi İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

media-495338411_24288626034062569_3180146538858911953_n

O bildirib ki, Rusiya–Ukrayna müharibəsi fonunda nüvə təhdidlərinin sayı sürətlə artır:

“Hətta bir müddət əvvəl Kremlin Ukrayna ərazisində taktiki nüvə silahından istifadə edəcəyi barədə ehtimallar var idi. Lakin dünyada nüvə arsenalına malik ölkələrin məsləhətləşmələri və xəbərdarlıqları nəticə verdi. Buna baxmayaraq, hazırda ABŞ və Rusiyanın nüvə sınaqları keçirəcəyinə dair məlumatlar yayılır. Burada əsas maraqlı məqam isə güc mərkəzlərinin buna hansı reaksiyanı verəcəyidir. Şübhəsiz ki, Hindistan, Pakistan, Çin kimi ölkələr Rusiya və ABŞ-nin nüvə sınaqlarına laqeyd yanaşmayacaqlar. Lakin hər halda ikili standartların davam etdiyini görürük. Qütbləşmə və dünya birliyinin koalisiyalara bölünməsi açıq şəkildə özünü göstərir. Avropa İttifaqı (Aİ) nüvə sınaqları fonunda Rusiyanı tənqid etsə də, ABŞ-yə irad bildirmir. Görünən odur ki, rəsmi Brüssel Vaşinqtonla eyni mövqedən çıxış edir. Belə olan halda isə nüvə təhdidlərinin sayını azaltmaq çətindir. Rusiya Qərblə münasibətləri normal olmayan ölkələri öz ətrafına toplayır və bu fonda dünyadakı böhran daha da dərinləşir”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa