!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanunu - YENİLƏNDİ

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycana hərbi qüvvələr göndərilməsi barədə qərarı “Rəsmi Qəzet”də dərc olunub.

Yenicag.az-ın məlumatına görə, qərarın giriş hissəsində qeyd olunub kio, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir.

Qərarda vurğulanıb ki, dost və qardaş ölkə Azərbaycanın işğal altındakı ərazilərini azadetmə mücadiləsi illərdir davam edir: “Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərinin azad edilməsi istiqamətində önəmli uğurlar qazanıb”.

Qərara əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

***

17.11  22:50

Xəbər verdiyimiz kimi bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib. 

Yenicag.az xəbər verir ki, , parlamentin iclasında Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd TBMM-də səslənib. Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.

Qeyd edək ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə noyabrın 16-da TBMM-ə təqdim edilib. Qanuna görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

***

Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini bu gün təsdiqləyəcək.

Yenicag.az xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə ediləcək.

www.yenicag.az

1465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv