Türkiyənin BRICS-ə üzvlüyü hələlik təxirə salınıb və Türkiyəyə “tərəfdaş ölkə” adı verilməklə proses uzadılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, bu, artıq gözlənilən vəziyyət idi və şübhə etmək olmaz ki, Türkiyə hakimiyyəti bunu qabaqcadan hesablamışdı.
“Önümüzdəki dövrdə Türkiyə üzvlük üçün qiymətləndiriləcək. Bəs bu nə deməkdir? Burada incə bir proses başlayır. İndi üzv ölkələr Türkiyənin üzvlüyünə yol açmaq üçün bəzi tələblərin yerinə yetirilməsini istəyəcəklər. Bu tələblər BRICS-in institusional gözləntiləri deyil, söz haqqı olan üzv ölkələrin gözləntiləri olacaq”, – məlumatda qeyd olunub.
Rafi Müslümov
www.yenicag.az