!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyənin ƏN BAHALI AKTYORU oldu: Hər bölüm üçün nə qədər qazanacaq?

!Reklam – Yazi

İki ildir, rəqəmsal platformalarda yayımlanan bir çox filmdə rol alan türkiyəli aktyor Çağatay Ulusoy yeni layihədə işə başlayır.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, populyar aktyor FOX TV-də yayımlanacaq “Qəddar” serialında oynayacaq.

Məlumata görə, aktyor bu layihədə hər bölüm üçün 2 milyon Türkiyə lirəsi (122 min AZN) qonorar alacaq.

Bununla da “Netflix”in razılaşma əldə etdiyi ilk türk aktyoru olan və filmləri xaricə ən çox satılan Çağatay Ulusoy bu göstərici ilə Türkiyənin ən bahalı aktyoruna çevrilib.

O bu qonorarla “Ailə” serialında hər bölüm üçün 1,5 milyon lirə (92 000 AZN) qonorar alan aktyor Kıvanç Tatlıtuğu geridə qoyub.

Qeyd edək ki, Çağatay Ulusoy yeni serialda Levent obrazını canlandırcaq. Serialın qadın baş rol oyunçusu isə hələ ki məlum deyil.

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv