Türkiyənin gülənçi məktəblərin “təmizləmə” planı açıqlandı
Türkiyə Milli Təhsil Nazirliyi, Gülənin 160 ölkədə 2 minə yaxın məktəbi ilə bağlı planının tərkib hissəsi açıqlanıb. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, öncəliklə 2015- 2016-cı il təhsil dövründə, xaricdəki məktəblərdəki rəhbərlik və müəllim heyəti dəyişdiriləcək.
Xəbərdə deyilir ki, prezident Ərdoğanın təlimatıyla Milli Təhsil Nazirliyi, “Türk məktəbi” adı altında xaricdə fəaliyyət göstərən bütün məktəbləri tək-tək araşdırıb və Gülən məktəbləri ilə bağlı plan təsdiqlənib. Mərhələli plan üzrə hərəkət edəcək Türkiyə öncə Türkiyə Respublikasının səfirliklərinə bağlı 66 məktəbdəki fətullahçı idarəçi və müəllimləri “təmizləyəcək”.
TİKA daxilində vəqf quraraq, fərqli ölkələrdə fərqli statuslarla açılmış Türk məktəbləri həmin vəqfin çatısı altında birləşdiriləcək. Xarici ölkələrdən yalnız bu vəqfin məktəblərinin nəzərə alınması istənəcək.
Türkiyə Milli Təhsil naziri Avcı, keçmişdə Gülən Şəbəkəsinin Türkiyə Dövlətinin təqdimatı və dəstəyi ilə xarici ölkələrdə məktəb açdıqlarına toxunaraq, qeyd edib ki, “Türkiyədə etdikləri ortaya çıxdıqdan sonra kimsə bu məktəblərə zamin dayanmayacaq. Zamanında onlar üçün verilən təqdimatnamələr keçərsizdir. Bundan sonra Türkiyə sadəcə vəqfə bağlı məktəbləri dəstəkləyəcəkdir”.
Qeyd edək ki, Gülən məktəbləri dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyətlərini davam etdiməkdədirlər. Zamanında Türkiyə dövlət rəhbərlərindən alınan təqdimatnamələrlə ölkəmizə gələn Şəbəkə oyunları meydana çıxdıqdan sonra müxtəlif adlar altında gizlənərək, fəaliyyətlərini davam etdirməkdədirlər. Məsələn, Azərbaycanın əyalətlərdəki əksər liseyləri “İstək” adı altında birləşdirilib. “Araz” Hazırlıq kursları isə müxtəlif adlarla davam etsə də, bütün bazası Gülənçilərin “Güvən” Nəşriyyatı tərəfindən çap olunmaqdadır.
Bu barədə ətraflı olaraq, bu linkdə oxuya bilərsiniz: