Türkiyənin tanınmış filosofundan Bakıda seminar – FOTOLAR

Ötən gün Bakıda Türkiyənin tanınmış filosofu Hakan Mengüçün seminarı keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan-Türkiyə Evi (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) tərəfindən paytaxtımıza dəvət olunan Mengüçün seminarı Nizami Kino Mərkəzində baş tutub.

“Pozitiv düşüncə və Mövlanə fəlsəfəsi” adlı seminar iki saatı əhətə edib. Gecədə təşkilatçı Tənzilə Rüstəmxanlı, millət vəkili Sona Əliyeva, iş adamları – Məlahət Qurbanova, Hüseyin Büyükfırat, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Maraqla qarşılanan seminarda Hakan Mengüc Mövlanə fəlsəfəsindən söz açmaqla yanaşı, ney alətində məharətini də göstərib.

Pozitiv keçən seminarın ardınca filosof, sevənləri ilə xatirə şəkili çəkidirib.

COP29