!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb

!Reklam – Yazi

2021-ci ilin martında Azərbaycandan Türkiyəyə 22 365 turist səfər edib ki, bu da 2020-ci ilin martı ilə müqayisədə 46,6 faiz çoxdur.

Bu barədə Yenicag.az-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,86 faiz təşkil edib.

Yanvar-mart aylarında 54 220 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,63 faiz azdır.

2021-ci ilin yanvar-mart aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,78 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvar-mart aylarıında Türkiyəyə 2,689 milyon turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50,66 faiz azdır.

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv