Tutduğu köpək balığının üzərində oturan model qanlar içərisində qaldı – FOTOLAR

media-hightechnic-468x90

“Kick” platforması modeli Natali Reynolds dostları ilə tutduğu köpək balığının üstündə oturarkən xəsarət alıb.

Yenicag.az xəbər verir ki, gənc qadının köpək balığının dərisi onun omba nahiyəsində kəsiklər yaradıb.

Məlumata görə, model dostları ilə çimərliyə yollanıb və əlindəki yem sayəsində köpək balığını onlara yaxınlaşdırıb. Hazır gözləyən model və dostları onlara tərəf gələn balığı tutublar.
Poza vermək istəyən model hərəkətsiz balığın üzərində dayanaraq çənəsindən tutub. Bikinidə əyləşdiyi köpək balığının dərisi gənc qadının omba nahiyəsini yaralayıb. Qanlar içində olan model “Akulanın üstündə oturduğum yerdə kəsiklər var. Ombamdan qan axır” deyərək ağrısını bölüşüb.

Modelin dostları ilə birlikdə köpək balıqlarını tutaraq öz hesablarında yayımlaması da istifadəçilərin reaksiyasına səbəb olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600