Tvitterdə qeydiyyatdan keçən hər bir azərbaycanlı Prezidenti izləyir - FOTO

media-hightechnic-468x90

Son bir ayda Prezident İlham Əliyevin Tvitter mikrobloqundakı hesabının izləyiciləri 320 min artıb.

Yenicag.az-ın xəbərinə görə, bu barədə ekspert Osman Gündüz məlumat paylaşıb.

Statistik məlumatlara görə, sentyabrın 20-dən sonra Prezidentin hesabında izləyicilər sürətlə artmağa başlayıb. Hazırda İlham Əliyevin Azərbaycan dilində paylaşımlar etdiyi hesabını 620 mindən çox insan izləyir.

Azərbaycan Ordusu sentyabrın 27-dən işğal altında olan torpaqların azad edilməsi üçün başlatdığı əks-hücum əməliyyatının nəticələri barədə Prezident həmin hesabında məlumatlar paylaşır.

Qeyd edək ki, Tvitterin Azərbaycan seqmentində təxminən 600 min izləyici var. Yəni, Tvitterdə qeydiyyatdan keçən hər azərbaycanlı Prezidentin hesabını izləyir./Qafqazinfo/

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600