“Twitter” rəqibini məhkəmə ilə hədələyir

media-hightechnic-468x90

“Twitter” özünə rəqib kimi görünən “Threads”ə görə “Meta”nı məhkəməyə verə bilər.

Yenicag.az “Semafor”a istinadla xəbər verir ki, “Twitter”i təmsil edən “Quinn Emanuel” şirkətinin hüquqşünası Aleks Spiro “Meta”nın rəhbəri Mark Zukerberqə məktub göndərib və orada korporasiyanı “Twitter”in əqli mülkiyyətindən istifadədə ittiham edib.

Spiro keçənilki ixtisardan sonra “Meta”nın onlarla “Twitter” işçisini işə götürdüyünə diqqət çəkib.

“Twitter” öz əqli mülkiyyət hüquqlarını ciddi şəkildə tətbiq etmək niyyətindədir və “Meta”dan şirkətin kommersiya sirri olan hər hansı məlumatdan istifadəni dayandırmasını tələb edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600