!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üç mərkəzdən müdaxilə edilən PROSES: “Şaxramanyanın hansı dairələrə bağlı olduğunu...”

!Reklam – Yazi

“Ermənilər çalışırlar ki, Qarabağda hakimiyyət daşnakların əlinə keçsin və separatçı rejimin diasporla bağları daha da möhkəmlənsin”.

Bu fikirləri Qarabağdakı separatçı rejimin yeni rəhbəri qismində adı hallanan Samvel Şaxramanyanın hansı dairələr tərəfindən dəstəkləndiyinə toxunan politoloq Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağdakı separatçı rejim daxilində hələ ki, durulması gözlənilən proseslər gedir:

“Açığı, Arutyunyanın gedişindən sonra Qarabağdakı separatçı rejimin başına keçəcək fiqurların sırasında adı daha çox hallanan Şaxramanyan hansı mərkəzlərə bağlı olduğu haqda birmənalı təsdiqlənən informasiya yoxdur. Bununla belə, onun daha çox separatçıların keçmiş lideri Bako Saakyana yaxınlığı ilə seçildiyi deyilir.

Lakin Ermənistanda belə hesab edənlər var ki, Şaxramanyan Azərbaycanın adamıdır. Bu da ilk növbədə onunla əsaslandırılır ki, müharibədən sonra Azərbaycanın hökumət heyəti ilə ilk təmaslarda Şaxramanyan da iştirak edib. Eyni zamanda, bu zaman belə bir məqam da önə çəkilir ki, Şaxramanyan özünü Bakı-Xankəndi birbaşa əlaqələrinin yaranmasının tərəfdarı kimi göstərib.

Ancaq bütün hallarda deyilməlidir ki, separatçıların hər hansı formada “seçki” keçirərək özlərinə “prezident seçmələri” boş cəhdlərdir. Çünki o “seçki məzhəkəsi”ni nə Azərbaycan qəbul edəcək, nə də beynəlxalq birlik artıq bu məsələyə birmənalı münasibət bildirir.

Ona görə də ermənilər çalışırlar ki, Qarabağda hakimiyyət daşnakların əlinə keçsin və separatçı rejimin diasporla bağları daha da möhkəmlənsin. Vurğulayaq ki, Ermənistanda da Paşinyanla daşnak fraksiyası arasında əlaqələr güclüdür. O mənada, separatçı rejim daxilində hələ ki, durulması gözlənilən proseslər gedir. Bu proseslərə isə Ermənistan, Rusiya və diaspor təmsilçiləri tərəfindən ciddi müdaxilələr olduğu görünür. Bütün bunları nəzərə aldıqda, Qarabağdakı separatçı rejim ətrafında gərginliyin davam edəcəyi gözlənilir”.

A.Zeynalov

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv