“Üç Qardaş - 2021”: Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimi keçiriləcək

media-hightechnic-468x90

Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

“Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05