İngiltərənin “Vertical Aerospace” şirkətinə məxsus uçan taksilər 2022-ci ildə fəaliyyətə başlayacaq.
Yenicag.az xəbər verir ki, şirkətin hazırladığı model hazırda 300 kilometr-saat sürətlə 160 kilometr məsafə qət edə bilir. Lakin taksilər xidmətə başlayanadək bu məsafənin 500 kilometrə çatdırılması nəzərdə tutulub. Bu taksilər vasitəsilə Şotlandiyanın paytaxtı Edinburqa və Fransanın paytaxtı Parisə getmək mümkün olacaq.
Şirkətdən verilən məlumata görə, taksilər pilotlar tərəfindən idarə ediləcək və hava yolları qanunlarına tabe olacaq.