!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üçtərəfli bəyanatın havada qalan MÜDDƏALARI: "Rusiya sülhməramlıları onlara aid olmayan işlərlə məşğul oldular" - ŞƏRH

!Reklam – Yazi

“Ötən bir il ərzində Rusiya sülhməramlıları onlara aid olmayan işlərlə məşğul oldular”.

Bunu üçtərəfli bəyanatın imzalanmasından keçən bir il ərzində bəyanatın müddəalarının həyata keçirilməsini və sülhməramlıların fəaliyyətini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, ötən bir il ərzində atəşkəs rejiminə, demək olar, əməl edilib:

“Kəlbəcərdən, Laçından və Ağdamın bir hissəsindən erməni silahlıları çıxarılıb. Atəşkəs rejiminə, demək olar ki, əməl edilib. Ancaq Rusiya sülhməramlıları ayırıcı qüvvə rolunu oynayıb. İki ölkə arasında baş verəcək toqquşmaların qarşısının alınmasında sülhməramlıların gördüyü işləri qənaətbəxş hesab etmək olar. Əsas diqqəti çəkən məsələ Azərbaycanın ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması idi. Bu bəyanatın 4-cü bəndində qeyd edilib. Çıxarılan erməni əsgərlərinin yerinə Rusiya sülhməramlıları yerləşdirilməlidir. Ancaq bu proses baş vermədi. Erməni əsgərlərini çıxarmaq əvəzinə, əlavə olaraq 2-3 min erməni yaraqlılarının ora sızmasına göz yumdular və onlara yaxşı şərait yaratdılar. Hazırda Qarabağda 13-15 min erməni silahlıları var. Üstəlik, Rusiya sülhməramlıları onlara aid olmayan işlərlə məşğul oldular. Demək olar ki, Azərbaycan ərazisində erməni qalmamışdı. Xankəndi və Əsgəran tamamilə boşalmışdı. Rusiya sülhməramlıları ötən bir ildə bütün qüvvələrini Xankəndinə və Əsgəran rayonuna, hətta Ağdərəyə oradan getmiş əhalini gətirməklə məşğul oldu. Çox zaman da həmin əhali gəlməyəndə ora Ermənistan qeydiyyatlı insanların gətirilməsi prosesini həyata keçirdi. Rusiyanın Fövqəladə Hallar Nazirliyi ərazidə humanitar fəlakət yaşandığını iddia edərək ardıcıl olaraq yardımlar gətirdilər.

Rusiya sülhməramlıları Qarabağa istədikləri adamı buraxırlar. İrandan gələn yanacaq və digər məhsullar birbaşa Xankəndiyə aparılırdı. Azərbaycan tərəfi bunu qadağan edən tədbirlər gördü.

Rusiya sülhməramlıları özünü sülhməramlı kimi aparmır. Bölgə üçün ən təhlükəli məqam erməni silhalılarının Qarabağda mövcud olmasıdır. Bu nöqteyi nəzərdən, 10 noyabr 2020-ci il sazişi müharibəni dayadırdısa da, erməni silahlıları orada qalır, Qarabağın dağlıq hissəsi fəlakət zonasıdır və ora Azərbaycanın suverenliyinin tam bərqərar edilmədiyi yer olaraq qalır”.

Səxavət Məmməd

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv