"Ucuz ətin şorbası..." – Marketlərdəki qiymət fərqi bu məsəli yalan çıxarır? - VİDEO

media-hightechnic-468x90

Son vaxtlar bazar və marketlərdə ətin qiymətində müşahidə olunan fərqlər istehlakçılarda haqlı suallar yaradır. Bəzi alıcılar ucuz ətin keyfiyyətsiz olduğunu düşünsə də, digərləri bu qiymət fərqinin real səbəblərini aydınlaşdırmağa çalışır.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən qida eksperti Məhsəti Hüseynova bildirib ki, ətin ucuz olması onun mütləq keyfiyyətsiz olması anlamına gəlmir:

“Əsas məsələ ətin etibarlı mənbədən alınmasıdır. Məhsul mütləq dövlət nəzarətindən keçməli, baytarlıq sertifikatı və mənşəyi bəlli olmalıdır. Əgər bu şərtlər ödənilirsə, ucuz qiymət keyfiyyətsizlik göstəricisi deyil”.

Ekspertin sözlərinə görə, marketlərdə və iri satış nöqtələrində qiymətlərin nisbətən ucuz olmasının səbəbi topdan satış və istehsalçılardan birbaşa alışdır:

“Böyük həcmdə satış həyata keçirildiyi üçün saxlanma, daşınma və vasitəçi xərcləri məhsulun üzərinə daha az yüklənir. Bu da son qiymətdə nəzərəçarpan fərq yaradır”.

Ekspert istehlakçılara tövsiyə edib ki, ət alarkən yalnız qiymətə deyil, məhsulun mənşəyinə, saxlanma şəraitinə və rəsmi sənədlərinə də xüsusi diqqət yetirsinlər.

Ətraflı videomaterialda:

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05